Siyasət 16:00 10.01.2022

Putin: “Əminəm ki, Qazaxıstandakı vəziyyət qiymət artımıyla bağlı deyil” (VİDEO)

Rusiya prezidenti Vladimir Putin əmindir ki, Qazaxıstan öz dövlətçiliyi üçün təhlükə ilə üz-üzədir və yanvarın əvvəlində ölkədə yaranan təhlükələr yanacağın bahalaşması ilə bağlı kortəbii hərəkət deyil. 

Qaynarinfo xəbər verir ki, o, bu fikri bu gün KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında bildirib.

Putin ona da əminliyini bildirib ki, Qazaxıstanda baş verənlər kənardan müdaxilənin ilk və sonuncu cəhdi deyil və respublikadakı vəziyyətə gecikmədən reaksiya verilməlidir, - PRIME qeyd edib.

Rusiya Federasiyasının prezidenti hesab edir ki, Qazaxıstan beynəlxalq terrorizmlə üzləşib və iğtişaşların iştirakçıları xaricdə təlim keçib, "qaynar nöqtələrdə” təcrübə qazanıblar.
 
Alpər