Dünya 16:33 05.03.2020

Putin Ərdoğana: “Danışıqları elə aparaq ki...” (YENİLƏNİB)

Prezident Vladimir Putin Kremldə Türkiyə lideri Rəcəb Ərdoğanla görüşün əvvəlində Moskvanın Ankara ilə tərəfdaşlığı çox yüksək qiymətləndirdiyini söylədi.

O, həmkarını İdlibindəki vəziyyəti bu kontekstdə müzakirə etməyi təklif edib: "Belə bir şey yaranmaması üçün: a) bir də təkrar olunmasın b) ki, bu Rusiya-Türkiyə münasibətlərini pozmasın”. 

Putin Türkiyənin də qarşılıqlı olaraq Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərə də "çox diqqətlə" yanaşdığına əminliyini ifadə edib.
 
***16:04

Rusiya Prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Ərdoğanla görüşün əvvəlində Türkiyə hərbçilərinin Suriyada həlak olmasıyla bağlı başsağlığı verib.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, Putin Ərdoğana Suriya ordusu hücum etdiyi vaxt nəticədə həlak olan türk hərbçilərinin harada olduğunu bilmirmiş.

Ümumiyyətlə, Rusiya Federasiyasının Prezidentinə görə, İdlibdə vəziyyət o həddə qədər gərginləşib ki, bu, liderlər arasında birbaşa fərdi söhbət tələb edir. Dövlət başçısı Rusiyanın Türkiyə ilə münasibətləri dəyərləndirdiyini vurğulayıb.
 
Söhbətin formatı barədə danışan Putin qeyd edib ki, əvvəlcə onlar üz-üzə görüşəcək. Bundan sonra zərurət yarandıqda nümayəndə heyətlərinin üzvləri danışıqlara qoşulacaqlar.
 
Ərdoğan da öz növbəsində Putinlə danışıqların nəticələrinin İdlibdəki vəziyyəti yüngülləşdirəcəyinə inandığını bildirib.
 
***15:00

Rəcəb Ərdoğan bu gün Vladimir Putinlə görüşmək üçün Moskvaya uçub.

Qaynarinfo xəbər verir ki, Türkiyə liderini Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də daxil olmaqla hökumət nümayəndə heyətinin üzvləri müşayiət edir.

Daha əvvəl Kreml bildirmişdi ki, Putinlə Ərdoğan arasındakı danışıqlar Kremldə təkbətək şəkildə aparılacaq, lakin bir sıra məsələlərin daha da genişləndirilmiş formatda müzakirəsi mümkündür.
 
Alpər