Siyasət 09:30 03.12.2013

Putin İrəvanda Qarabağdan nə danışdı?


"Biz Azərbaycan prezidenti ilə nizamlanma perspektivlərini çox müfəssəl müzakirə etmişik"

İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin erməni jurnalistlərin Dağlıq Qarabağda müharibə başlanılması perspektivləri barədə suallarını cavablanlırıb. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, jurnalistlərin sualları münaqişənin Azərbaycan tərəfindən hərbi yolla həlli variantı barədə olub.

Rusiya prezidenti ümid etdiyini bildirib ki, Dağlıq Qarabağda indən belə nə ermənilərin, nə də azərbaycanlıların qanı axmayacaq: “Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın olan və RF-lə bu cür sıx əlaqələri olan zonada bir daha qan axmasın - nə Ermənistan vətəndaşlarının, nə də Azərbaycan vətəndaşlarının”.

“Mən bu yaxınlarda Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə nizamlanma perspektivlərindən çox müfəssəl danışmışıq. Mən çox məmnunluqla qeyd edirəm ki, noyabrın 19-da Vyanada keçirilmiş görüş çox müsbət xarakterli olub. Biz hər iki tərəfin nizamlanma ilə bağlı sağlam düşüncəsinə çox ümid edirik, buna ATƏT-in Minsk qrupu çərçivəsində nail olmağa çalışacağıq”, - deyə Putin vurğulayıb.

Qaynar.info