Putin jurnalistə görə iki generalı işdən çıxardı

Putin jurnalistə görə iki generalı işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin jurnalist İvan Qolunovun həbsinə görə 2 polis generalını vəzifədən azad edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Həmin generallar Andrey PuçkovYuri Devyatkindir.

Qeyd edək ki, İvan Qolunova qarşı 6 iyunda külli miqdarda narkotik maddənin qanunsuz satışı ittihamı irəli sürülmüşdü. 36 yaşlı jurnalist əleyhinə atılmış bu addım narazılıqla qarşılanmış, böyük səs-küyə səbəb olmuşdu. Jurnalistin ölkədəki vəzifəli şəxslərin korrupsiyada iştirakına dair yazılarına görə cəzalandırıldığı bildirilirdi. 

İyunun 11-də İ.Qolunova qarşı ittihamlar aradan qaldırılıb və o azadlığa buraxılıb.

Gülşən


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR