Aleksey Navalnının 13,5 il həbs cəzası alacağı ehtimalı yüksəkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Rusiya Federasiyası prezident administrasiyasına yaxın mənbələrə istinadən yazıb. Agentliyin məlumatına görə, 2 fevralda məhkəmə müxalifətçiyə 3,5 il həbs cəzası verəcək və daha sonra başqa bir iş üzrə ona on il əlavə ediləcək.
Dekabr ayında Navalnı FBK-ya (Rusiyada xarici agent kimi tanınan) bağışlarla bağlı xüsusilə böyük həcmdə saxtakarlıq iddiasıyla ittiham edilib. Bu maddəyə görə, siyasətçini on il həbs gözləyir.
Nəşr ayrıca Moskvanın Navalnının qayıdacağına ümid bəsləmədiyini və belə bir qərar verdikdə "müdafiə mövqeyi" aldıqlarını da qeyd edib. "Bloomberg” xəbər verir ki, Kreml payızda Dövlət Dumasına seçkilər ərəfəsində cəmiyyətdə gərginliyin artmasını istəmir.
Xatırladaq ki, Almaniyada müalicədən sonra Navalnı Rusiyaya qayıdıb və dərhal nəzarətə alınıb. FSIN siyasətçinin "İv Roşe” işində şərti cəza qaydalarını pozduğunu bildirib.
Alpər
Şərhlər