Ölkə 09:12 27.04.2016

Putin "Vostoçni" kosmodromunda qaldı

Rusiyanın "Vostoçni" kosmodromundan orbitə buraxılacaq raketin startı təxirə salınıb.

Ölkə.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi raketin buraxılış mərasimi "Soyuz-2.1a" peykindəki texniki nasazlıq ucbatından baş tutmayıb.

Məlumata görə, Putin hələ də kosmodromdadır və texniki nasazlığın aradan qaldırılmasını gözləyir.

Kremlin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumatda görə isə, raketin buraxılışı gerçəkləşənə qədər Putinin "Vostoçni" kosmodromunda qalacağı bildirilir.

Qaynarinfo.az