Dünya 17:11 22.01.2020

Putin rus analarına dəstək üçün 1 trilyon ayırdı

"Bu, bir trilyon rubldan çox əlavə xərc deməkdir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Lipetsk vilayətinə səfəri zamanı Rusiya dövlət başçısı Vladimir Putin ailələrə maddi dəstəyin həcmindən danışarklən deyib. 

Prezident Federal Məclisə göndərdiyi mesaja uyğun olaraq ailələrə, uşaqlıq və analıq dəstəyinin ümumi xərclərinin ölkənin ÜDM-nin 0,5-0,8%-i həcmində olduğunu bildirib.

O, qeyd edib ki, bu məbləğə digər şeylərlə yanaşı, məktəblərdə isti yemək təşkil etmək və 7 yaşından kiçik uşaqları olan ailələrə ayrılacaq ödəmə xərcləri də daxildir.

"Planlaşdırılan işlərin gedişatında uğursuz olmamaq üçün hər şey hesablanmalıdır ki, makroiqtisadi göstəricilər sabit qala bilsin”, - Putin əlavə edib.

Alpər