Dünya 15:30 27.01.2018

Putin Soçidə keçiriləcək Suriya konqresinə qatılmayacaq

Rusiyanın Soçi şəhərində təşkil olunacaq Suriya konqresinə prezident Vladimir Putinin qatılmayacağı açıqlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin sözçüsü Dmitri Peskov məlumat verib. O, bildirib ki, Putinin hələlik konqresə qatılma planı yoxdur.

Peskov 29-30 yanvar tarixlərində keçiriləcək konqresin önəmli olduğunu, lakin bunun Suriya böhranı üçün qəti siyasi həll olmayacağını deyib.

Qeyd edək ki, suriyalı kürdlər dünən verdikləri açıqlamada konqresə qatılmayacaqlarını, bu barədə Rusiyadan onlara dəvət gəlmədiyini söyləyiblər.