Dünya 16:02 13.01.2022

Putin Tokayevlə danışdı: KTMT-nin ölkədən çıxarılması müzakirə edildi

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, Qazaxıstan prezidenti Rusiya liderini KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin səmərəli fəaliyyəti nəzərə alınmaqla ölkədə nəhayət qayda-qanunun bərpası üzrə tədbirlər barədə məlumat verib.

"Köməyə və dəstəyə görə KTMT-də strateji tərəfdaş və müttəfiq olan Rusiya Federasiyasına xüsusi minnətdarlıq ifadə olunub”, - mesajda deyilir.
Söhbət zamanı Putin və Tokayev KTMT-yə üzv ölkələrin kontingentlərinin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasının başlanması ilə bağlı məsələləri müzakirə ediblər.
 
Alpər