Dünya 20:00 06.09.2017

Putin: "Tramp mənim gəlinim deyil"

Rusiya prezidenti Vladimir Putin San Fransiskoda bağlanan Rusiya konsulluğuna görə ABŞ-ı məhkəməyə verəcəklərini deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, məsələ barədə açıqlama verən Putin "Xarici İşlər Nazirliyinə məhkəməyə müraciət etmək barədə göstəriş verəcəm. Çox təriflənən Amerika məhkəmə sisteminin necə işlədiyini görəcəyik" fikrini səsləndirib.

Rusiya prezidenti ABŞ prezidenti Donald Trampı təcrübəsiz hesab edib-etməməyi ilə bağlı suala "Tramp mənim gəlinim deyil, mən də onun kürəkəni deyiləm" cavabını verib. Putin Trampın vəzifəsindən kənarlaşdırılma ehtimalı barədə suala isə "ABŞ-ın daxili işi ilə bağlı danışmağımız doğru deyil" deyib. 

Qeyd edək ki, Putin Tramp prezident seçilən zaman Rusiya ilə əlaqələri yaxşılaşdırmağa çalışan birinin bu vəzifəyə gəldiyi üçün məmnun olacaqlarını açıqlamışdı.

Gülşən

Qaynarinfo.Az