Foto 22:32 16.04.2019

Putin Vahid Ələkbərovla görüşdü

Rusiya prezidenti Vladimir Putin Azərbaycan əsilli iş adamı, "LUKOIL” neft şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşüb.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kremldə baş tutan görüşdə şirkətin fəaliyyəti, eləcə də 2018-ci ildə neft-qaz yataqlarının işlənməsinin nəticələri barədə müzakirələr aparılıb. 

V.Ələkbərov diqqətə çatdırıb ki, şirkət 2018-ci ili uğurla başa vurub, neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib: 

"Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə çalışırıq. 2-2,5 min metr dərinlikdə qazma işləri aparırıq, bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrə çatır. Biz mütəxəssislərimizin qazma işləri apardıqları dərinliklərin öhdəsindən gəlirik".