Xəbər lenti

Putin varisi deyilən nazirə söz verəndə qələmini atdı (VİDEO)
Video 23:35 26.05.2020

Putin varisi deyilən nazirə söz verəndə qələmini atdı (VİDEO)

Rusiya prezidenti Vladimir Putin bir neçə saat əvvəl ölkədəki daşqınlarla və meşə yanğınlarına qarşı mübarizə mövzusunda iclas keçirib. Onlayn yayımda nazirlər və bölgə rəhbərləri də iştirak edib. Adətən, ən gərgin anlarda belə soyuqqanlığını qoruyan Rusiya prezidenti bu dəfə emosiyalarını cilovlaya bilməyib. Rusiya dövlət başçısı koronavirus bəlasından qurtulmamış insanların evsiz qalmasının çətinliyindən danışıb. Prezident deyib ki, regionlarda bu virusla mübarizə subasmalardan və meşə yanğınlarından əziyyət çəkən minlərlə insanın problemini arxa plana keçirməməlidir.

Bundan sonra Putinin mövzudan təsirlərindiyi nəzərdən qaçmayıb və prezident mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin idarə edilməsi nazirinə "gəlin, başlayaq” deyərə xitab edərək əlindəki qələmi kənara atmaqla emosiyalarını gizlədə bilməyib. Bu kiçik detal dərhal Rusiya KİV-lərinin diqqətini çəkib və manşetlərdə yer verilib.

Nazir Yevgeni Ziniçev ilin əvvəlindən bəri 852 min hektardan çox ərazidə 5.626 təbii yanğın hadisəsinin qeydə alındığını bildirib. Yanğının yaşayış məntəqələrinə keçməsi nəticəsində 48 yaşayış binası daxil olmaqla 251 binanın yanğın nəticəsində məhv edildiyini deyib.

Yevgeni Ziniçev Putinə ən yaxın kadrlardan hesab olunur. 2006-cı ildən 2015-ci ilə qədər o, Putinin şəxsi mühafizəsində işləyib. Sonra Kalininqrad bölgəsindəki Federal Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. 2016-cı ildə isə Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edib. Amma iki ay sonra vəzifəsindən istefa verib. Putin bu dəfə onun Federal Təhlükəsizlik Xidmətinin direktor müavini təyin edib.

2018-ci ilin mayında Putin onu nazir təyin edib. Bir müddətdir ki, izolyasiyada ölkəni idarə edən Putin Novo-Oqoryovadakı iqamətgahında yeganə olaraq Ziniçevi üzbəüz qəbul etməklə diqqət çəkmişdi. Bildirilirdi ki, Ziniçev Rusiya prezidentindən yanğın təhlükəsizliyini pozduğuna görə cəzaların sərtləşdirilməsini istədiyi üçün onunla şəxsən görüşüb.

Putinin həmyerlisi olan Yevgeni Ziniçevin adı Rusiya prezidentin üç mümkün varisi sırasında çəkilir.

Qeyd edək ki, bu gün Putin təxirə salınmış 9 may Qələbə paradının keçirilməsi barədə də əmr verib. Böyük Vətən Müharibəsindəki qələbənin 75 illiyinə həsr olunan parad iyunun 24-də keçiriləcək. Məlumata görə, "Ölümsüz alay” marşının isə ondan 1 ay sonra – iyulun 26-da keçirilməsi planlaşdırılır. (musavat.com)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->