Dünya 16:33 15.01.2019

Putin və Ərdoğan bu tarixdə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin 23 yanvarda görüşəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ərdoğan danışıb:
"Böyük ehtimalla, Putinlə 23 yanvarda, çərşənbə günü görüşəcəyik".

Qeyd edək ki, bu ay Putin-Ərdoğan görüşünün keçiriləcəyi əvvəlcədən bilinirdi, lakin dəqiq tarix açıqlanmamışdı.

Gülşən