Siyasət 11:00 01.10.2020

Putin və Makron Dağlıq Qarabağ və Belarusu müzakirə etdi

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon əlaqəsi yaradaraq Dağlıq Qarabağ və Belarusdakı vəziyyəti müzakirə edib.


Qaynarinfo bu haqda Kremlin mətbuat xidmətinə istənadla xəbər verir. Xəbərə görə, hər iki lider Dağlıq Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdən narahatlığını ifadə edib və tərəfləri atəşkəs və eskalasiya vəziyyətinə çağırıblar.

 

Söhbət zamanı sülh yolu ilə nizamlanmanın vacibliyi vurğulanıb və qarşılıqlı əlaqə variantları nəzərdən keçirilib.


Söhbətdə Belarusdakı vəziyyətə də toxunulub. Putinin ölkənin "qanuni hakimiyyət orqanlarına xarici təzyiqlərin yolverilməzliyi" barədə danışdığı qeyd olunur.

 

Alpər