Putini təhqir edən aparıcı işdən qovuldu

Putini təhqir edən aparıcı işdən qovuldu

Ötən gün canlı yayımda Rusiya Prezidenti Vladimir Putini təhqir edən "Rustavi-2” kanalının əməkdaşı Georgi Qabuniya işdən uzaqlaşdırılıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə kanalın idarə heyəti qərar qəbul edib.

Qabuniya qarşıdakı iki ay ərzində kanalda veriliş apara, proqram hazırlaya bilməyəcək.

Ondan əlavə kanalın daha iki əməkdaşı da işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, baş verən insidentdən sonra yüzlərlə Tbilisi sakini kanalın önündə etiraz aksiyası keçirmiş, təzyiqlərdən sonra telekanal fəaliyyətini birgünlük dondurmuşdu.
XƏBƏRLƏR
BLOGLAR