Dünya 16:26 07.10.2017

Putinin 65 yaş videosu izlənmə rekordu qırır

Bu gün Rusiya prezidenti Vladimir Putinin 65 yaşı tamam olur.

"Qaynarinfo"nun qafqazinfo-ya istinadən verdiyi məlumata görə, “Youtube”da “Kuxnya prodakşn” kanalı Vladimir Putinin şərəfinə musiqili rolik yayımlayıb. 

Videoda Eqor Krid və Molly-nin (Olqa Seryabkina) “Əgər sən məni sevmirsənsə” adlı dueti yer alıb.

Klipin qəhrəmanları Putin, Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron və onun xanımı Bricit Makron, Amerikanın eks-prezidenti Barak Obama və digər siyasətçilərin fotolarından hazırlanmış maskalarla oxuyur və rəqs edirlər.

Qeyd olunur ki, video internetdə artıq izlənmə rekordu qırır.

Qaynarinfo.Az