Siyasət 18:59 24.07.2018

Putinin müşaviri öldü

Rusiya prezidenti Vladimir Putinin müşaviri Veniamin Yakovlev 87 yaşında dünyasını dəyişib.

"Qafqazinfo” "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.

"İyulun 24-də uzun sürən xəstəlikdən sonra Rusiya Hüquqşünaslar Assosiasiyasının həmsədri, prezidentin müşaviri, hüquq elmləri doktoru, professor, SSRİ-nin əməkdar hüquqşünası, "Vətənə xidmətə görə” orden sahibi Veniamin Yakovlev 87 yaşında dünyasını dəyişib. Assosiasiyanın hüquqşünasları Veniamin Fyodorviçin doğmalarına və yaxınlarına baş sağlığı verir”, - deyə məlumatda qeyd olunub.

V. Yakovlevlə vida mərasimi iyulun 26-da keçiriləcək.