Putinin pilotları onu ölümdən qurtardı, Kreml piroqu qazandılar

Putinin pilotları onu ölümdən qurtardı, Kreml piroqu qazandılar

Noyabrın 28-də Bişkekdə təyyarənin uğurlu enişinə görə 1 nömrəli təyyarənin pilotları Kremlin baş aşpazının hazırladığı albalı piroqu ilə mükafatlandırılıb.

Qaynarinfo xəbər verir ki, KTMT sammitinə gedən ölkə prezidentinin uçduğu təyyarənin pilotları uyğunsuz hava şəraitinə baxmayaraq, demək olar ki, sıfır görünmə vəziyyətində uğurlu eniş etməyi bacarıb.

"Bizdə bir ənənə var – başqalarının həyatını xilas edən, işini ustalıqla yerinə yetirən və heç bir mənfəət güdmədən sadəcə işini görən yaxşı insanlara təşəkkür və xüsusi minnətdarlıq olaraq, Kremlin baş aşpazının öz əlləriylə hazırladığı piroq hədiyyə edirik”, - Kremlin İnstaqram üzrə mətbuat katibi Yelena Krılova deyib.

Pilotlar etiraf edib ki, uyğunsuz hava şəraiti üzündən hətta sarı siqnal zolaqları, sükan cığırı görünməz olub, ona görə onlar marşrutun bir hissəsini noutbukdan idarə etməli olublar.
XƏBƏRLƏR
BLOGLAR