Maqazin 23:34 24.10.2014

Putinin sözləri Konçitanı ağlatdı

Rusiya prezidenti Vladimir Putinin “Eurovision” mahnı müsabiqəsinin builki qalibi Konçita Vurstla bağlı zarafatları Avstriya hökumətinin narazılığına səbəb olub.

 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı liderin Milandakı mətbuat konfransında “Bizdə nənə, baba haqqında, kobud da səslənsə, belə bir deyim var: Əgər nənədə babanın xarici cinsiyyət orqanı olsaydı, o nənə yox, baba olardı. Belə olan halda Konçita baba olanda onu qətiyyən belə adlandırmaq olmaz, hətta kişi cinsiyyət orqanının bütün əlamətlərini nəzərə alsaq belə...” sözlərinə Avstriyanın Xarici İşlər Nazirliyi etirazını bildirib.
 
Nazirlikdən verilən açıqlamaya görə, Putin bu zarafatı ilə təkcə Konçitanı deyil, bütün Avstriyanı təhqir edib.

K.Vurst isə açıqlamasında Rusiya prezidentinin həmin sözlərindən sonra bütün gecə ağladığını söyləyib. Lakin buna baxmayaraq o, Putinin və rusların onun haqqındakı düşüncələrini dəyişmək üçün Rusiya şəhərlərinə qastrol səfərlərinə hazırlaşdığını deyib.


Qaynar.info