Siyasət 19:54 30.01.2019

Putinlə Ərdoğan teatrda görüşəcəklər

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin Mədəniyyət və Turizm İlinin açılışını Böyük Teatrda edəcəklər.

"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, Putinlə Ərdoğanın görüşü barədə məlumatı Türkiyənin mədəniyyət və turizm naziri Əhməd Haluk Dursun yayıb. Onun sözlərinə görə, liderlərin görüşü aprelin 8-də Böyük Teatrda baş tutacaq.


Xatırladaq ki, 2019-cu il Moskva və Ankarada "Rusiya-Türkiyə Mədəniyyət və Turizm İli” elan olunub.