Dünya 15:42 23.03.2018

PYD lideri sərsəmlədi: "Afrini İŞİD-in paytaxtı etmək istəyirlər"

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin keçmiş lideri Salih Müslim İsveçin paytaxtı Stokholmda qalmaqallı açıqlamalar verib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup millət vəkilinin dəvəti ilə İsveç parlamentində iştirak edən Müslim Fırat Əməliyyatında zərərsizləşdirilən İŞİD-çilərin Türkiyənin yanında mübarizə apardıqlarını iddia edib. O, həmçinin Afrinin İŞİD-ə paytaxt edilməsi üçün işğal edildiyini deyib. Müslim Türk Silahlı Qüvvələri ilə yanaşı 3 min İŞİD-çinin də döyüşdüyünü və dinc sakinlərin hədəfə alındığını bildirib.

O, Rusiya ilə də bağlı açıqlamalar verib.

"Rusiyanın dəstəyi olmadan Türkiyə uğur qazana bilməzdi. Ruslar bizi məyus etdi. Çünki onlar Suriyaya gəldiklərində bəzi öhdəlikləri var idi. Suriya torpaqlarını qoruyacaqlarına dair söz vermişdilər", - deyə S.Müslim bildirib.

Qeyd edək ki, Müslim bir müddət öncə Çexiyada həbs olunmuş və məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Türkiyə isə Çexiya hökumətindən onun müvəqqəti olaraq həbsini və Türkiyəyə ekstradisiyasını tələb etmişdi.