Dünya 12:32 20.10.2018

Qaçırılan milyarder azad edildi

11 oktyabrda qaçırılan Afrikanın ən gənc milyarderi Məhəmməd Duci azad edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, tanzaniyalı milyarder ölkənin paytaxtı Dar əs Salamda yerləşən hoteldən çıxan zaman silahlı şəxslər tərəfindən qaçırılmışdı. 43 yaşlı Ducinin necə azad edilməsi barədə məlumat verilməyib. O, açıqlamasında azad edilməsi üçün dua edənlərə təşəkkür edib.

Qeyd edək ki, Məhəmməd Ducinin sərvəti 1,5 milyard dollardır.

Gülşən