Ölkə 12:31 18.01.2022

Qaçırılma faktı varsa, bu, uşaq oğurluğudur - Birlik sədri

"Qaçırılma faktı varsa, bu, uşaq oğurluğudur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bakıda 15 yaşlı qızın evlənmək məqsədilə qaçırılmasından danışarkən deyib. Sədr bildirib ki, qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır:

"Qızın hələ yaşı dəqiqləşdirilməlidir. Çox güman ki, sonra qızın 16 yaşı olduğunu deyəcəklər”.

Qeyd edək ki, bir neçə gün öncə Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 15 yaşlı R. Hüseynovanın itkin düşməsi ilə bağlı  məlumat daxil olub. Araşdırma zamanı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

Bahar Rüstəmli