Sağlamlıq 14:25 28.03.2019

Qadın 26 gündən sonra 2-ci dəfə ana oldu

Banqladeşdə Arifə Sultanə adlı qadın 26 gün fasilə ilə 2-ci dəfə ana olub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 20 yaşlı Arifə 21 martda sancı şikayəti ilə həkimə müraciət edib. Qadının qısa müddət əvvəl ana olmasına baxmayaraq ekiz uşaqlara hamilə olduğu müəyyənləşib. Doğuş prosesi 25 martda baş tutub. Hər iki uşağın sağlamlıq vəziyyətinin normal olduğu bildirilir. 

Nadir rast gəlinən hadisəyə eyni dövrdə 3 yumurtanın mayalanması səbəb olub, nəticədə 3 embrion formalaşıb.

Gülşən