Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk ev oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Siyasət Əsgərovun komandası Bakıda Danimarka yığmasını qəbul edib.
Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 8:0.
Qeyd edək ki, ilk görüşdə Rusiyaya 0:2 hesabı ilə uduzan millimiz növbəti oyununu oktyabrın 21-də səfərdə Monteneqroya qarşı keçirəcək.
Şərhlər