Video 16:38 27.12.2017

Qadın müəllim şagirdi diz çökdürüb döydü (VİDEO)

Türkiyənin Samsun şəhərinin Tekkeköy məktəbində qadın müəllimin sinifdə şagirdini döyməsi başqa bir şagird tərəfindən çəkilərək yayılıb. 

Qaynarinfo xəbər verir ki, sinif müəllimi olan S.K dərsi dinləməyən 9-cu sinif şagirdi M.Ö.-nü başqa sinifə keçirib. Bir həftə öncə 9/B sinifində dərsə girən S.K. otaqda M.Ö.-nü görərək əsəbiləşib. 

Şagirdi löhvənin önünə çağıraraq diz çökdürən müəllim "Sən niyə mənim sözümü dinləmirsən" deyərək onu vurmağa başlayıb. Daha sonra onu ayağa qaldıraraq saçından tutub və yenidən vurub. Hadisə ilə bağlı araşdırmalar başlayıb.