Video 17:16 04.02.2019

Qadın polislərin bu görüntüləri ölkəni qarışdırdı (VİDEO)

Almaniyanın Saksoniya Polis Kollecində qadın polislərin geyim otağında çəkdikləri açıq-saçıq video ölkə gündəmini zəbt edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin yayında çəkildiyi öyrənilən videoda qadın polislərin bəziləri seksual hərəkətlər edir, bəziləri də  musiqi sədaları altında oynayırlar.

Videonun ortaya çıxmasından sonra sosial şəbəkələrdə ciddi müzakirələr başlayıb və rəsmi dairələr bununla bağlı araşdırma aparıldığını bildiriblər.

Videonun necə yayılması barədə məlumat verilməyib. Lakin qısa müddətdə rekord sayta izlənən video ölkənin gündəminə düşüb.