Xəbər lenti

Qadınlar ABŞ-dan köçmək istəyir
Dünya 22:16 13.11.2025

Qadınlar ABŞ-dan köçmək istəyir

ABŞ-da aparılan bir sorğu göstərib ki, ölkədən daimi şəkildə köçərək başqa yerdə yaşamaq istəyən amerikalı qadınların nisbəti son 10 ildə təxminən 40 faizə yüksələrək rekord səviyyəyə çatıb.

Qaynarinfo xəbər verir ki, ABŞ mərkəzli "Gallup" tədqiqat şirkəti 15–44 yaş arası təxminən 1000 amerikalı qadın arasında xaricdə yaşamaq arzusu ilə bağlı sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, fürsət yaranacağı təqdirdə daimi şəkildə xaricə köçmək istəyən qadınların payı 2014-cü ildəki 10 faizdən 40 faizə yüksələrək dörd dəfə artıb.

Digər tərəfdən, eyni yaş aralığında olan kişilərin 19 faizinin də oxşar meyil göstərdiyi, qadın və kişi arasında yaranan 21 faizlik fərqin isə ilk dəfə bu qədər yüksək səviyyəyə çatdığı bildirilib.

Qadınların ən çox yaşamaq istədiyi ölkələrin sırasında Kanada, Yeni Zelandiya, İtaliya və Yaponiya ilk yerlərdə qərarlaşıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->