Xəbər lenti

Qadınlara qarşı zorakılığa çağırış edən “Pantural”la bağlı hərəkətə keçildi
Ölkə 13:00 12.07.2021

Qadınlara qarşı zorakılığa çağırış edən “Pantural”la bağlı hərəkətə keçildi

"Bununla bağlı qadın təşkilatları hüquq–mühafizə orqanlarına müraciət etməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə özünü "Pantural” kimi təqdim edən azərbaycanlı bloqerin "qadınları zorlayın” çağırışına münasibətində deyib. O bildirib ki, sözügedən video ilə bağlı İctimai Şuraya müraciət edib:

"Bununla bağlı davamlı iş aparacağam. Təkçə bu bloger deyil, bəzi hallarda qadınlar da özlərinə reytinq qazanmaq üçün çağırışlar edirlər. Ən çox da sosial şəbəkədə. Təkcə çağırış edənlər deyil, həm də onlara dəstək verənlərin də cəzalanması, iqtisadi sanksiyaların, cərimələrin tətbiq edilməsi tələbini qoyacam. Kimlərsə özünə reytinq qazanmaq, populyar olmaq istəyirsə, məhz qadınlara qarşı zorakılığa çağırış edir. Bu nə deməkdir? Ölkədə qarşıdurma yaratmaq istəyir, yoxsa zorakılığın və ölüm faktlarının sayını artırmaq istəyirlər? Biri çıxıb deyir ki, bütün qadınlar xəyanət edir, ərdə ola–ola başqa kişilərdən uşaq doğurlar və s. Bu baxımdan Ailə Qadın Uşaq problemləri Komitəsinin İştima Şurasında məsələni gündəlikdə qoymuşam. Ayın 15-i görüşdür. Və bunun hüququ tərəfləri ilə bağlı təkliflərin hazırlanması istiqamətində çağırışlar edəcəyik ki, hökumət hansısa sanksiyaların qəbuluna qərar versin”.
 
 

Mehriban Zeynalova qeyd edib ki, bu çağırışlar məişət zorakılığı artımına gətirir:

"Bu, ailədə qadınların nəzarətinin güclənməsinə gətirir. Bu, insanın ağlına yox, geyiminə görə qərar qəbul eləməyə gətirib çıxarır. Biabırçılıqdır”.

Qeyd edək ki, özünü "Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir. O, sosial şəbəkədə cəmiyyətə müraciət edərək ictimai yerlərdə açıq-saçıq geyinən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib. 
 

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə "qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.



Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->