Qadınlara söz atanlar cəzalandırılacaq

Qadınlara söz atanlar cəzalandırılacaq

Fransanın cinsi bərabərlik məsələləri üzrə naziri Marlen Şippa uşaq və qadınlara qarşı tətbiq edilən cinsi zorakılıqla əlaqədar yeni qanunun hazırlandığını bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən, Fransada küçədə qadınlara söz atanlar pul cəzasına məruz qalacaqlar. 

Məşhur ABŞ-lı prodüser Harvey Vaynsteyn barədə cinsi zorakılıq iddialarından sonra hərəkətə keçən fransalı qadınların sosial şəbəkələrdəki postları məsələni bir daha gündəmə gətirib. Bu barədə fikir bildirən nazir cəmiyyəti "Danışmayan qadınlar yox, dinləməyən cəmiyyət" adlandırıb. 

Şippa uşaqlara təcavüz cinayəti üçün verilən 20 illik həbsin 30 ilə qaldırılacağını nəzərdə tutduqlarını vurğulayıb. Hazırda 5 nəfərdən ibarət deputat qrupu qanun layihəsi üzərində işləyir. 

Aparılan son araşdırmalar göstərir ki, Fransa cəmiyyəti daha avtoritar hökümətin tərəfdarıdır və bu faiz ilbəil artır. İnsanlar cəmiyyətdə ciddi islahatlar edə biləcək hökümətdən yanadırlar.

Gülşən

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR