Foto 20:14 04.11.2017

Qadınların saçları qarşısındakılara hansı mesajı verir? (FOTOLAR)

Qadınların saç modelləri, rəngləri haqqında bir çox mühakimələr var. Bir anda qısa kəsilən saçlar depressiyanın, fərqli rəng seçimləri axtarışda olmağın xəbərçisi sayılır. Bəs bunlar nə dərəcədə doğrudur? Araşdırmalar nəticəsində maraqlı nəticələr ortaya çıxıb.

Yale Universiteti və məşhur kosmetika brendlərindən biri təcrübə məqsədi ilə qadınların saç modelləri və rənglərinə görə insanların onlar haqqında nə düşündüklərinə dair sorğu keçirib və maraqlı nəticələr ortaya çıxıb. Nəticələr göstərir ki, qadınların saç rəngi və modelləri onların cəmiyyət arasındakı statusunu təyin edir.
 
"Qaynarinfo" maddə-maddə araşdırmanın nəticələrini təqdim edir:
 
1. Ağıllı və dominant qadınların saçı


 
Müasir mədəniyyət qadınların saç formalarına o qədər çox təsir edir ki, istər-istəməz ətrafdakı insaların baxışı sizdə fikir formalaşdırır. Çox özəl bir saç kəsimi etmədiyiniz müddətdə qısa saç qadınlarda zəka və dominantlıq təsiri yaradır. Rihannanın başlatdığı yanları vurulmuş saç modelləri xaric, adi kəsimlərlə qısa olan saçlar hörmət yaradan bir xüsusiyyətə malikdir. Əsmər olmaq isə bunu bir az da artırır.
 
2. Cazibədar qadın saçı


 
Qısa saçların əksinə, uzun saçlar cazibədar görüntü yaradır. Əsasəndə, at quyruğu modellərinin kişilər üzərində təsiri böyükdür. Bu tərz saç düzümü kişiyə görə qadının özəl xüsusiyyətlərini və zəkasını ikinci plana atır, xarici görünüş hər zaman ön planda olur. 

3. "Axmaq sarışın" əfsanəsi


 
"Sarışınlar axmaq olur" şablonunu bilməyən yoxdur. Lakin kişilərin gözündə bu qadınların yeri başqadır. Sarışın qadınlar görüntü olaraq hər zaman bir addım öndədirlər. Sadəcə, bir ifadənin qurbanı olublar. Lakin öz danışığı ilə qarşısındakının diqqətini özünə çəkən sarışının rəqibi yoxdur. Məşhur cəmiyyət bunu qəbul edir. 


 
Uşaq nağıllarından bu günümüzə kimi sarışın qadınlar çox önəmli rollarda olub. Kraliça, şahzadə, agent, qatil, lider, savaşçı və s. Qəribədir ki, sarışın və ağıllı qadınlar "təhlükəli" hesab olunur.


 
4. Orta boy saçlar


 
Orta boy saçları olan qadınlar kişilərə analarını xatırladır. Və orta boy saç, hər kəsin qəbul etdiyi tünd qəhvə tonlarında rəngləri olan qadınlar kişilərə görə mükəmməl ana olur. Araşdırmada iştirak edən evlənmək istəyən kişilərin ailə qurmaq üçün xəyalında olan qadın fiquru tam da bu cürdür. 

5. Əsmərlər 1 - Sarışınlar 2


 
Vestminster Universitetinin sarışınlarla bağlı apardığı alternativ araşdırmaya görə, sarışın və əsmər qızlar arsında seçim edən kişilər arasında qəribə ayrı-seçkilik ortaya çıxır. Ümumiyyətlə, seksi və cazibədar sözlərinin eyni məna verdiyi düşünülür.


 
Test isə bu fikrin yanlış olduğunu göstərir. Bir əsmər və sarışın qızı gecə klubuna aparan Vestminster Universitetinin tədqiqatçıları qadınlarla ünsiyyətə girən kişilərin doldurduğu anketdən bu nəticə ortaya çıxıb. Əsmərlər cazibədar görünür və kişilər onlarla sevgili olmaq istəyir. Bu da kişidə rədd edilmə hissi yaradır. Sarışınlar isə daha əlçatmaz görüldüyü üçün kişilər onlara daha tez yaxınlaşır və nəticə olaraq "Qaçan balıq böyük olur" psixologiyası onları rahatladır. Yəni kişilərin düşüncəsində onlar "Barselona" ilə futbol oynayıb, özlərini uduzmuş hiss edərlər və bu da onların canını sıxmır. Araşdırma zamanı sarışınların əsmərlərə nisbətən daha çox kişiylə söhbət etməsi ortaya çıxıb.


 
6. Qıvrım saçın kəraməti


 
Sosioloq Rose Veitzin apardığı tədqiqat göstərir ki, qıvrım və dalğalı saçlara sahib qadınlar böyük üstünlüyə sahibdirlər. Düz saçlı qadınlar kişilərin gözündə sərt və cazibədar görünüşə malikdir. Bu da cəmiyyətin mövqeyini başdan ayağa dəyişir. Qıvrım və dalğalı saçlara sahib qadınlar daha sevimli, həlim xasiyyətli və istiqanlı görünür. Bu da onlara iş görüşlərində müsbət mənada kömək edir.
 

 
Lalə
Qaynarinfo.Az