Dünya 18:24 07.03.2013

Qafqaz dağlarında “Çaves zirvəsi”

Şimali Osetiyada alpinistlər qərara gəliblər ki, respublika rəhbərliyindən icazə alaraq Qafqaz Sıra Dağlarında zirvələrdən birinə Venesuelanın dünyasın dəyişmiş Uqo Çavesin adın versinlər.

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Alpinist Federasiyasının Şimali Osetiya nümayəndəsi Kazbek Xamiçayev  bu barədə hökumətə yazılı müraciət edib. Rəsmi icazə verilərsə 20 alpinistdən ibarət qrup bu həftə sonu 3400 metr hündürlükdə olan zirvəni fəth edərək Cavesin şərəfinə adlandıracaqlar.

Qeyd edək ki, alpinistlərin bu addımının səbəbi 2009-cu ildə Rusiyadan sonra Uqo Çavezin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini ilk tanıyanlardan olmasıdır.

Qaynar.info