Foto 12:30 16.08.2019

“Qafqazinfo”nun 9 yaşı tamam olur

Bu gün "Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının ildönümüdür.

Qaynarinfo xəbər verir ki, portalın 9 yaşı tamam olur.

16 avqust 2010-cu ildə işə başlayan sayt inkişaf edərək sıralarını genişləndirib. Həmin vaxt bir neçə nəfərlə çalışan "Qafqazinfo”nun hazırda 22 rəsmi əməkdaşı var. Bundan başqa, Bakıətrafı xəbərləri daha dəqiq çatdırmaq məqsədi ilə bölgə müxbirləri də işə cəlb olunub.

Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı üçnövbəli sistemlə işləyir.

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir.

Qaynarinfo "Qafqazinfo”nun kollektivini təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!