Dünya 09:00 06.04.2020

Qalaktikanın mərkəzində 25 il “yatmış” qara dəlik oyandı

 

Spektr RG Rəsədxanasından olan Rusiya astrofizikləri Kosmik Tədqiqat İnstitutu (IKI) RAS-a görə, dörddə bir əsr boyunca qalaktikanın mərkəzində "səssiz" qalmış qara dəliyin oyanışını müşahidə ediblər.


Qaynarinfo xəbər verir ki, parlaq mənbə teleskop tərəfindən aprelin 1-də qeydə alınıb.

 

 

Mənbənin Uhuru Kosmos Rəsədxanası tərəfindən kəşf edilən 4U 1755-338 qara dəlik olduğu üzə çıxıb. 1996-cı ildə "sükuta qərq olmuş” bu qara dəlik indi yenidən aktivlik nümayiş etdirməyə başlayıb. Elm adamları hesab edir ki, yaxınlığında ulduz olan cism qara dəliyə doğru meyillənməyə başlayıb.

 

 

Roskosmosdan bildirilib ki, qara dəliyin oyanması adi bir ulduzdan cisimləri yenidən cəzb etməsinin başlaması ilə bağlıdır.