İdman 13:34 16.01.2019

"Qalatasaray" 18 yaşlı futbolçusunu 74 milyona satdı

"Qalatasaray" Ozan Kabakı Almaniyanın "Ştutqart" klubuna satıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "BİP Spor" məlumat yayıb.

Bildirilib ki, Bundesliqa klubu 18 yaşlı futbolçu üçün "Qalatasaray"a 12 milyon avro (74 milyon lirə) ödəyəcək.

Qeyd edək ki, Ozan Kabak bu mövsümdən İstanbul klubunun əsas komandasına cəlb olunub. 18 yaşlı müdafiəçiyə Fatih Terim 13 Super Liqa və 4 Çempionlar Liqası matçında oynamaq şansı verib. O, ümumilikdə 1444 dəqiqə meydanda olub.