İdman 17:56 25.11.2021

"Qalatasaray" azarkeşləri fransalı jurnalisti üzr istəməyə məcbur etdi

Fransalı jurnalist Roman Kanuti UEFA Avropa Liqasında oynanılacaq Qalatasaray - Marsel matçı öncəsi "Sarı-qırmızı"ların simvolu olan aslanla poza verərək, "Aslanı əhliləşdirdim" paylaşımı edib. 

Qaynarinfo xəbər verir ki, qarşılaşmadan əvvəl fransız jurnalistin yol verdiyi bu hərəkət böyük əks-səda doğurub. "Qalatasaray" camiəsi qalmaqallı hərəkətə sərt şəkildə reaksiya verib. 

Reaksiyadan sonra fransalı jurnalist üzr istəmək məcburiyyətində qalıb. Kanuti sosial media hesabından türkcə paylaşım edərək bu sözləri yazıb:
 
"Dünən axşam mətbuat konfransından əvvəl zarafat olduğunu düşündüyüm hərəkətdən sonra təəssüflə həddimi aşdığımı anladım. İncitdiyim və üzdüyüm üçün bütün "Qalatasaray" azarkeşlərindən üzr istəyirəm".

Səbuhi Həsənov