İdman 10:00 29.12.2013

“Qalatasaray”dan möhtəşəm qələbə: 3-1


Spor Toto Süperliqasının 17-ci həftəsində “Galatasaray”, “Erciyesspor”u 3-1 məğlub etdi

Spor Toto Süperliqasının 17-ci həftəsində Kadir Has stadioununda "Qalatasaray" - "Erciyesspor" qarşılaşması keçirildi.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sarı-qırmızılar qarşı komanda üzərində 3-1 hesablı möhtəşəm qələbə qazanıblar.

İlk qolu oyunun 2-ci qədiqəsində Sneijder, 2-ci qolu 13-cü dəqiqədə Burak və 3-cü qolu 34-cü dəqiqədə isə Melo vurub.

"Erciyesspor" isə 54-cü dəqiqədə Yasin Öztekinin vurduğu yeganə qolla kifayətlənməli olub. Cimbom bununla da 33 xal toplayaraq liqanın ilk dövrəsini 2-ci sırada başa vurdu. "Erciyesspor" isə 12 xalla son sıradakı yerində də qaldı.

Qaynar.info