İdman 23:55 31.08.2020

"Qalatasaray"ın oyunu ləğv edilib

"Neftçi”nin Avropa Liqasındakı rəqibi "Qalatasaray”ın "Kasımpaşa” ilə yoxlama oyunu ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bunu "sarı-qırmızılar” açıqlayıb.

Bildirilir ki, sentyabrın 5-də baş tutması planlaşdırılan görüş keçirilməyəcək. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır. Bu oyun Əli Sami Yen Spor Kompleksi Türk Telekom stadionunda keçirilməli idi.

Qeyd edək ki, "Neftçi” – "Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.