Sağlamlıq 17:00 07.01.2022

Qamaleya Mərkəzi pandemiyanın hansı halda sona çatacağını açıqladı

Əgər altı ay ərzində əhalinin 70%-i peyvənd oluna bilsə, koronavirus pandemiyası sona çatacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-yə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq bildirib.

"Əgər altı ay ərzində əhalinin 70%-i peyvənd olunsa, o zaman pandemiya bitəcək, sərhədləri açacaq, adi həyatımıza qayıdacağıq. Yox, əgər peyvənd saatda bir çay qaşığı həcmində davam edərsə, onda pandemiya dalğaları sonsuza qədər olacaq", - o deyib.
 
Alpər