İdman 21:08 30.05.2013

“Qanla alınan kubok kimə lazımdı?”

"Bu gün səhər saatlarında istefa vermişəm. Buna səbəb final oyunu olub. Ona görə ki, mən dünən efir vasitəsi ilə epizodlara baxdım U-19 milli komandamızın oyunçusu Kamran Abdullazadəni “Neftçi”nin quldurları döyən epizodları gördüm. Bu epizod mənə çox pis təsir etdi". 

Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib. Klub rəsmisi istefası ilə bağlı belə danışıb: "Və bu qərarı qəbul etdim. Çünki iyunun 1-i mətbuat konfransı keçirib, ölkə başçısına müraciət edəcəkdim. Bu insanların iç üzünü açmaq fikrim vardı. Mən istefa verməli idim ki, mənim dediyim sözlərə görə komandama heç bir ziyan gəlməsin. Ancaq günərta saatlarında bu qərardan sonra Tuyqun müəllim mənə zəng elədi və mənim bu kluba lazım olduğunu bildirəndən sonra istefa ərizəmi geri götürdüm. Azarkeşlərə sözüm budur ki, “Xəzər Lənkəran” azarkeşləri möhtəşəmdi. Azərbaycanda bir nömrədi. Mən onlarla fəxr edirəm.

Ümumiyətlə mən bu klubla fəxr edirəm. Həqiqətən dünən çox pis idim. Sanki döyülən Kamran yox, mən özüm idim. Bilirsiz yaxşı idmaçı özünə hörmət edən idmançı belə hərəkət eləməz. Gücünü rinqdə göstərər, meydançada yox. “Neftçi” rəhbərliyi elə demokratik rəhbərilkdisə, üstündən iki gün keçib niyə çıxıb üzr istəmirlər? Deməli orda ab-hava düzgün deyil. Əgər bizim komandamız belə hərəkət etsəydi, mən çıxıb üzr istəyərdim.

Burdan görsənir ki, orada ab-hava necədi. Biz çox dünya çempionları görmüşük . Bir neçəsi də mənim dostumdur. Onların heç biri belə hərəkət etməyiblər. Özundən qat-qat balaca uşağa əl qadırır. Neftçinin iç üzü finalda göründü. Qanla alınan kubok kimə lazımdı? Ona görə gündən-günə bu klubun düşmənləri çoxalır. Və sonda media mənsublarına demək istəyirəm ki, gün ərzində onların telefonuna cavab vermədiyimə görə onlardan üzr istəyirəm və onlara məni axtardıqlarına görə minnətdaram".