Siyasət 12:25 15.10.2021

"Qanunsuz erməni silahlı dəstələri torpaqlarmızdan tam çıxarılmasa..." (ŞƏRH)

Xəbər verdiyimiz kimi, oktyabrın 14-də saat 18:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu gün hər kəsi maraqlandıran sual antiterror əməliyyatlarının başlama ehtimalı ilə bağlıdır.

Mövzuyla əlaqədar açıqlama verən "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib ki, ermənilərin törətdiyi növbəti təxribat bir daha onların heç bir beynəlxalq anlaşmaya əməl etməyən mənfur millət olduqlarından xəbər verir:

"Oktyabrın 14 qanunsuz erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində bir hərbçimizin şəhid olması bizi çox üzdü. Əminəm ki, digərləri kimi, dünən şəhid olan hərbçimizin də qanı yerdə qalmayacaq. Ötən il, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi bu cür təxribatlarla sadəcə özlərini ovundurmağa çalışır və səfalət içində yaşayan erməni xalqının "gözünə kül üfürüb", "güc şou"su göstərir. Amma onlar unudurlar ki, "dəmir yumruq" hələ də yerindədir".

Emil Əkbərov bildirib ki, ötən ilin noyabr ayının 10-da imzalanan üçtərəfli bəyannamənin bütün bəndlərinə qeyd-şərtsiz əməl edilməlidir:

"Oktyabrın 14-də törədilən təxribat göstərdi ki, hələ də Azərbaycan torpaqlarında qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Əlbəttə, bu məsələ ilə bağlı məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Görünür, Rusiya sülhməramlıları üzərinə düşən məsuliyyəti hələ də yetərincə dərk etmirlər. Əgər, 10 noyabr bəyannaməsinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələri torpaqlarmızdan tam çıxarılmasa, Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlamalı olacaq. Ermənilər və onların havadarları unutmasınlar ki, bu cür ucuz təxribatlar sonda Ermənistanın dövlət kimi dünya xəritəsindən silinməsi ilə nəticələnə bilər. Azərbaycan, xalqının səbrinin daşmasının nəticəsini ötən il, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində açıq-aşkar göstərdi. Ümid edək ki, Qarabağdakı erməni tör-töküntüləri Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxaracaqlar. Əks təqdirdə, onlar bu dəfə "dəmir yumruğ"un ağır zərbəsindən qaçıb gizlənə bilməyəcəklər".