Video 14:12 20.06.2019

Qanunsuz saxlanılan odlu silahlar və artan insidentlər (VİDEO)

Son günlər ölkədə baş verən silahlı insidentlər, qanunsuz odlu silah məsələsini yenidən gündəmə gətirib. Ekspertlər deyir ki, əhalidə az miqdarda silah qalsa da, istifadə edilməyəcəyinə də heç kim zəmanət verə bilməz. Odlu silah və onun komponentləri Sovetlər Birliyi dağılandan sonra bir qurp insanların əlində cəmləşib.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: "Odlu silahların tətbiqi ilə baş verən cinayətlərin sayı dinamikada azalmışdır. Lap iki ədəd də odlu silah varsa, bu potensial bir təhlükədir. Cəmiyyət üçün, ictimai münasibətlər üçün”.

Teymur Baloğlanov - Kriminalist: "Törədilmiş ağır cinayət hadisələri göstərir ki, heç də qanunsuz bütün silah vasitələri aşkar olunub yığılmayıb. Bütün silahların aşakar olunub üzə çıxarılması çox mürəkkəb bir məsələdir”.

Odlu silah-sursat, partlayıcı maddələrin vətəndaşlardan yığılması ilə bağlı güzəştlər tətbiq edilsə də, nədənsə, bir çoxları əlində olan , gizlətdiyi bu döyüş vasitələrini könüllü təhvil vermək istəmir. Bunun üçün isə, maarifləndirmə işlərinə ehtiyac var.

Teymur Baloğlanov - Kriminalist: "Belə döyüş sursatı, onun kompanentləri, partlayıcı maddələr könüllü olaraq hüquq mühafizə orqanlarına təhvil verildikdə, heç bir məsuliyyət nəzərdə tutlmur”.

Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: "Silahın sahibləri onu zibilliyə atıb, anonim şəkildə polisə zəng edirlər. Bir sıra məqamlar cəmiyyətdən gizlədilir, aşkarlıqdan kənardan qalır amma təbliğat gedir”.

Odlu silah və onun hissələrinin qanunusuz yolla əldə etmə, saxlama kimi hallar hüquq mühafizə orqanları tərəfindən müəyyən edildikdə isə cəza qaçınılmazdır.

Zor tətbiq etmək kimi, odlu silaha əl atmaq da çıxış yolu deyil. Unutmaq olmaz ki, basılan hər bir tətik, açılan bir güllə hər iki insanın həyatını puç edir. Birini həyatdan edir, digərini isə ömürlük mənəvi əzabla yaşadır.