Dünya 13:22 28.11.2013

Qar Qıza sataşan Şaxta Baba həbs olundu


Amerikanın Massaçussets ştatındakı univermaqda Şaxta Baba kimi işləyən şəxs elf rolunu (Qar Qız) oynayan qadın həmkarına qarşı seksual hərəkətlərə yol verdiyinə görə həbs edilib. ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

62 yaşlı Herbert Cons və adı açıqlanmayan qız böyük ticarət mərkəzlərindən birində işləyirmişlər. Onlar insanlarla şəkil çəkdirən zaman qəfildən Herbert Cons qızın yançaqlarından yapışıb və deyib: "Kaş yaşım daha az olaydı". Bu hadisədən sonra qız polisə şikayət edib.

Verilən məlumata görə, Herbert əvvəllər məhkum edilməyib. Şaxta Baba bu məsələdə özünü günahkar bilməyib və o, 24 dekabr 2013-cü ilə qədər keçirilməsi nəzərdə tutulan məhkəməyə qədər zaminlə azadlığa buraxılıb. Bu vaxta qədər onun əvvəllər işlədiyi ticarət mərkəzinə yaxınlaşması və başqa bir məkanda Şaxta Baba rolunu oynamaq üçün iş axtarması qadağan edilib.


Qaynar.info