Foto 16:12 07.01.2019

Qara dənizdə azərbaycanlıların da olduğu gəmi batdı: 6 nəfər öldü (FOTO/VİDEO)

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisi batıb.

Qaynarinfo xəbər verir ki, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi Xidməti tərəfindən xilasetmə əməliyyatı aparılıb. 

Qəza nəticəsində 6 nəfər hılak olub. Samsun şəhər valisi Osman Kaymakın verdiyi məlumaata görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib. Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.

Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış-xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.
 
Gəmidəki azərbaycanlılar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir