Dünya 23:00 05.04.2019

Qara dənizdə NATO təlimi başladı

Qara dənizdə Ukrayna-NATO hərbi təlimi start götürüb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki. bu barədə Ukraynanın NATO-dakı Daimi Nümayəndəliyi öz "Tvitter” səhifəsində xəbər paylaşıb.

"Dəniz Qalxanı – 2019” təlimi aprelin 5-dən 13-nə qədər keçiriləcək.

Bildirilir ki, Rumıniya, Bolqarıstan, Kanada, Yunanıstan, Niderland və Türkiyədən olan hərbçilərin qatıldığı təlimə ümumilikdə 2200 əsgər və 20 NATO gəmisi cəlb olunub.