AFFA “Qarabağ” klubunu böyük məbləğdə cərimələyib.
Apasport.az saytının məlumatına görə, İntizam Komitəsinin bu günkü iclasında Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “İnter” matçı başa çatdıqdan sonra baş verən və polis tərəfindən aradan qaldırılan insidentə hüquqi qiymət verilib.
İntizam Komitəsinin çıxardığı qərara əsasən ictimai asayiş təmin olunmadığı üçün meydan sahibi olan “Qarabağ” 5000 manat cərimə olunub. Ağdamlılar stadionda baş vermiş intizamsızlıq ucbatından Topaz Premyer Liqasında ev oyununu azarkeşsiz keçirərək, 8000 manat cərimələnib. Bununla, “Qarabağ” ümumilikdə 13000 manat cərimələnib.
Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klubu 1000 manat cərimələnib.
Qaynar.info
Şərhlər