İdman 17:40 20.06.2019

"Qarabağ" afrikalı qapıçı ilə danışıqlar aparır

"Qarabağ" Cənubi Afrika Respublikasından olan qapıçı Darren Kitlə danışıqlar aparır.

Qaynarinfo xəbər verir ki, bu barədə goal.com-a qolkiperin meneceri Vasili Barbis açəqlama verib.

Menecer bildirib ki, "Qarabağ"la yanaşı daha bir neçə klubla danışıqılar aparırlar: "Hazırda Portuqaliyadan 3 təklifimiz var. Bundan başqa, gələn həftə daha bir klubla görüşəcəyik. Həmçinin Kitə İsveçdən də maraq var. "Qarabağ" da daxil olmaqla, bir neçə klubla artıq danışıq aparmışıq. Hətta birbaşa müqavilə təklif edən də olub. İyun ayının sonuna qədər yekun qərarımızı verəcəyik. O, bu yay mütləq Cənubi Afrikadan ayrılacaq. Çünki Avropaya getmək və orada oynamaq istəyir".

Qeyd edək ki, Darren Kit peşəkar karyerasına 2007-ci ildə CAR-ın "Vasro Da Qama" klubunda başlayıb. 2008-ci ildə "Bidvest Vits"ə transfer olunan qolkuper 2011-ci ildə Belçikanın "Kortriyk" klubuna transfer olunub. 2016-cı ildə isə vətəninə dönrək yenidən "Bidvest Vits"də forma geyinməyə başlayıb.