İdman 21:38 19.09.2018

“Qarabağ” - “Arsenal” matçının bilet qiymətləri açıqlandı

"Qarabağ”ın oktyabrın 4-ü Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda qarşılaşacağı "Arsenal”la oyunun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın bilet qiymətləri 2, 5, 15, 20 və 50 AZN-dir.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər:

"Qarabağ FK” Fan-şop (Park Bulvar)

İticket kassaları

Sumqayıt şəhəri (ASAN Xidmət)

28 Mall

Gənclik Mall

Qeyd edək ki, stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.