İdman 21:27 25.09.2018

"Qarabağ"- "Arsenal" oyununa 20 min bilet satılıb

UEFA Avropa Liqasında "Qarabağ" və İngiltərənin "Arsenal" komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı açıqlanıb.

Qaynarinfo Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq oyuna 20 min bilet satılıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar”), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət”), "28 Mall” və "Gənclik Mall”dan almaq mümkündür.

Qeyd edək ki, "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.