İdman 21:00 15.12.2017

"Qarabağ" Azərbaycan Kubokundan kənarlaşdırıldı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Qaynarinfo xəbər verir ki, mərhələnin son iki cavab oyunu həm də Azərbaycanda ilin son futbol matçları olub.

Günün ilk matçında Premyer Liqada ikinci pilləni tutan "Qəbələ" ili 6-cı yerdə başa vuran "Səbail"in qonağı olub. Komandalar arasında Qəbələdəki ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanmışdı. "Qırmızı-qaralar" cavab görüşündə də qələbə qazanaraq yarımfinala çıxıblar - 4:2. 

Son 3 mövsümdə kuboku başı üzərinə qaldıran "Qarabağ" isə "Sumqayıt"la qarşılaşıb. Ağdam klubunun titulunu qorumaq yolunda yaxşı şansı var idi. Belə ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda 2:0 hesablı qələbə qazanmışdı. Lakin "Qarabağ" bu üstünlükdən yararlana bilməyib. 2:0 hesablı qələbə qazanan "Sumqayıt" adını yarımfinala yazdırıb.

Qeyd edək ki, ötən gün "Keşlə" "Kəpəz"i (2:0, 3:2), "Neftçi" "Zirə"ni (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.
 
Azərbaycan Kuboku
1/4 final (Cavab oyunları)

15 dekabr
Səbail - Qəbələ 2:4
Qollar: Adrian Popoviçi, 16. Elman Taqayev, 78 - Filip Ozobiç, 22. Ruslan Qurbanov, 44. Famussa Kone, 56. Baqali Dabo, 75.
İlk oyun - 0:1.

Sumqayıt - Qarabağ 2:0
Qollar: Kamal Mirzəyev, 22. Amil Yunanov, 90.
İlk oyun - 1:2.